Bakı taksilərindən nəğd pul ödəmədən də istifadə etmək olacaq
13 Yanvar 2012 Cümə 02:38
“Eurovision-2012” ərəfəsində Bakının taksi nəqliyyatında mühüm yenilik ediləcək.
Yaxın vaxtlarda Bakıdakı taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinin tətbiqinə başlanılacaq. “Taksi Bakı” şirkətinin direktoru İlqar Qasımov AzərTAc-a bildirib ki, “Eurovision” mahnı müsabiqəsinə qədər paytaxtdakı “London taksi”lərində gediş haqqının kartla ödənilməsi üçün sistem - mobil pos-terminallar quraşdırılacaq. Hazırda bu istiqamətdə fəaliyyət göstərə biləcək bankların seçilməsi prosesi gedir. Layihə çərçivəsində min pos-terminalın quraşdırılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: