Bakı-Sankt Peterburq qatarında əməliyyat
30 İyul 2010 Cümə 21:15
Gömrükçülər Astara sakinindən külli miqdarda narkotik vasitə götürüblər.
Xaçmaz Gömrük İdarəsinin Yalama postunun əməkdaşları iyul ayının 29-da gecə saat 03:00 radələrində Bakı-Sankt Peterburq qatarında reyd keçiriblər. Gömrük postuna qatar vasitəsi ilə külli miqdarda narkotik vasitənin aparılması barədə daxil olmuş əməliyyat məlumatı əsasında aparılan yoxlama zamanı fakt öz təsdiqini tapıb. Belə ki, Bakı-Sankt Peterburq qatarının sərnişini, Astara rayon sakini, 45 yaşlı Aqşin Əli oğlu Tağıyevdən külli miqdarda narkotik vasitə aşkar olunaraq müsadirə edilib.

Yalama Gömrük Postunun rəisi Valid Nəsirovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, həmin şəxsin getdiyi “plaskart” vaqonuna baxış keçirilərkən Aqşin Tağıyevin oturacağının altından sarı rəngli selofanda altı ədəd bükülmüş formada, ümimi çəkisi 6 kiloqram 80 qram olan həşiş qətranı aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb, materiallar toplanaraq Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar