Bakı sakinlərinə xoş xəbər
27 Mart 2014 Cümə Axşamı 09:31
Paytaxtın ən vacib yollarından biri açıldı.
Bu gündən Azərbaycanda rəsmi iş günü başlayıb. Bununla əlaqədar paytaxtda yenə də tıxaclar başlayıb. Bu gərgin vəziyyətdə Bakının əsas küçələrdən birində təmir işləri başa çatıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri yekunlaşıb.

Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar