Bakı Qazax yolundakı qəzada xəsarət alanların adları
09 Oktyabr 2014 Cümə Axşamı 11:00
Təkcə 20 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Bakı-Qazax yolunda baş vermiş dəhşətli qəzada yaralılardan 20 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, daxil olan yaralıların çoxunun xəsarətləri yüngül olduğu üçün müalicə üçün evə buraxılıblar.
Xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 1963-cü il təvəlüldlü Gülşən Dursun qızı Alıyeva, 1968-ci il təvəllüdlü Həmayıl Cahangir qızı Süleymanova, Nabat Qurban qızı Hacıyeva, 1953-cü il təvəlüdlü Hürü Mustafa qızı Ayvazova, 1993-cü il təvəlüldlü Bəhruz İlham oğlu Mamedov, sürücü 1985-ci il təvəllüdlü Vasif Əli oğlu Osmanov və 1968-ci il təvəllüdlü Dilavər Məhəmməd qızı Şəmsiyeva hazırda həkim nəzarətindədir.
Yaralılardan Vasif Osmanov və Dilavər Şəmsiyevanın vəziyyəti daha ağırdır.
Bundan başqa, yaralılar içərisində 13 yaşlı Fuad adlı uşaq da olub. Lakin onu başqa xəstəxanaya aparıblar. Qəzada 2 nəfər ölüb.
Xatırladaq ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 40 yaxın sərnişinin yarandığı deyilir.
DOSTLARINLA PAYLAŞ: