Bakı paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını həmişə dəstəkləyib
13 İyul 2011 Çərşənbə 18:17
Elmar Məmmədyarov BMT Baş Assambleyasında Fələstinin müstəqilliyi ilə bağlı səsvermədə Azərbaycanın necə səs verəcəyinə dair suala cavab verib.
Bakı həmişə Yaxın Şərq probleminin iki dövlət çərçivəsində Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınması ilə həllinə çağırıb və buna əsaslanaraq Fələstinin müstəqilliyi məsələsi ilə bağlı səs verəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.

“Fələstin prezidenti Mahmud Abbas bir neçə gün əvvəl Azərbaycanda rəsmi səfərdə olub. Və Azərbaycan bu 20 il ərzində, indi İslam Əməkdaşlıq Təşkilatı adlanan İslam Konfransı Təşkilatına daxil olduğu vaxtdan etibarən konkret olaraq bu çox mürəkkəb problemin iki dövlət çərçivəsində Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınması ilə həllinə çağırıb”, - deyə o, “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

“Bunu nəzərə alaraq, Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir və onun rəhbəri qalan bütün səfirlər kimi diplomatik cəmiyyətin üzvüdür. Yəni biz Fələstin tərəfi ilə müvafiq saziş imzalamışıq. Bizim necə səs verəcəyimizlə bağlı suala cavab belədir”, - deyə nazir sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətinin müstəqilliyi məsələsi ilə bağlı keçiriləcək səsvermədə Azərbaycanın necə səs verəcəyinə dair suala cavab verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar