Bakı NATO-dan Qarabağ münaqişəsinə münasibət gözləyir
16 Aprel 2010 Cümə 11:45
Ziyafət Əsgərov belə bir bəyanatla çıxış edib.
“Azərbaycan NATO Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bildirməsini, qərar qəbul etməsini istəyir”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib.
O, digər beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı öz rəyini açıqladığını, NATO-nun da öz münasibətini açıqlamasının vacibliyini vurğulayıb: “Biz bu məsələni yenə qaldıracağıq. NATO-nun komitələrində bununla bağlı qərarlar olub. Amma biz Parlament Assambleyası səviyyəsində belə bir addımın atılmasını istəyirik. Hətta bir dəfə Assambleyanın prezidenti mənə belə dedi: “Bir şeyi başa düşün ki, NATO Parlament Assambleyası təkcə Qarabağ məsələsi ilə məşğul olmur, onun başqa problemləri də var”. Mən də bildirdim ki, heç kimin 20 faiz ərazisi qonşusu tərəfindən işğal edilməyib. Həmişə də deyirlər ki, bu problemlə ATƏT-in Minsk Qrupu məşğul olur. Amma Minsk Qrupunun fəaliyyəti nəticə vermir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: