Bakı metrosunda qorxulu anlar
29 Mart 2013 Cümə 11:00
Metronun “20 Yanvar” və “İnşaatçılar” stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qalıb.
Bu gün səhər saat 10:00 radələrində Bakı Metropolitenində qorxulu anlar yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, metronun “20 Yanvar” və “İnşaatçılar” stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qalıb. Qatar tuneldə qalan zaman isə əsl dəhşət sərnişin sıxlığı nəticəsində yaranmış havaszlıqdan yaşanıb.

Sonradan qatar “İnşaatçılar” stansiyasında platformaya gətirilib və sərnişinlər boşaldılıb. Daha sonra “İnşaatçılar” stansiyasında sərnişin sıxlığı olduğu üçün insanlar stansiyadan çölə çıxarılıb. “20 Yanvar” və “İnşaatçılar” stansiyası istiqamətində isə qatarların hərəkəti dayandırılıb.

Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, hadisəyə qatarda yaranmış texniki nasazlıq səbəb olub. Hazırda həmin qatarın xəttdən çıxarılması istiqamətində işlər aparılır. Xoşbəxtlikdən hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Sadəcə “Dərnəgül” istiqamətinə qatarların hərəkətində ləngimələr var. Lakin həmin istiqamətdə hərəkət tam olaraq dayandırılmayıb. Yaxın saatlarda, nasaz qatarın xəttdən çıxarılaraq depoya aparılmasından sonra qatarların normal hərəkəti təmin olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar