Bakı meriyası İctimai Palataya “yox” dedi
18 İyun 2011 Şənbə 21:29
Şəhər İcra Hakimiyyəti İctimai Palatanın sabah “Nərimanov” metrostansiyanın qarşısındakı parkda aksiya keçirmək barədə təklifinə rədd cavabı verib.
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın “Nərimanov” metrostansiyanın qarşısındakı parkda aksiya keçirmək barədə təklifinə rədd cavabı verib. Əvəzində müxalifətə aksiyanın 20-ci sahə adlanan ərazidəki standionda keçirmək təklif edib.
Xatırladaq ki, İctimai Palata icazəsiz aksiyanı sabah saat 17-dən 19-na qədər “Nərimanov” metrostansiyanın qarşısındakı parkda keçirməyə qərar vermişdi.
Daxili İşlər Nazirliyi isə bəyan edir ki, İctimai Palatanın keçirmək istədiyi qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: