Bakı-İstanbul reysi ilə uçan təyyarə qəzaya uğrayıb
12 Avqust 2010 Cümə Axşamı 14:45
AZAL-a məxsus A319 tipli təyyarə enmə zolağından kənara düşüb.
Bakı-İstanbul reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus A319 tipli təyyarə bu gün saat 11.00 radələrində Atatürk Hava Limanında 05-23 uçuş-enmə zolağına düşən zaman insident yaşanıb.
Belə ki, eniş zolağında pilot təyyarənin hərəkətinə nəzarət edə bilməyib və yolun kənarındakı torpaq əraziyə girib. Nəticədə təyyarənin ön hissəsi sınıb və hər 2 mühərrik enmə zolağına düşüb. Təyyarədə olan sərnişinlər dərhal çıxarılıb. Hadisə yerinə yanğın söndürənlər və ambulanslar gətirilib. Təyyarədə ikisi uşaq 121 sərnişin, iki pilot olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: