Bakı İrəvana Qarabağa giriş üçün istənilən yoldan istifadəyə razılıq verib
19 İyul 2010 Bazar Ertəsi 15:20
Xarici işlər naziri Elmar Məmmədyarov bu bəyanatla çıxış edib.
”Azərbaycan Ermənistana Dağlıq Qarabağa giriş üçün istənilən yoldan istifadəyə razılıq verib”. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ukraynalı həmkarı Konstantin Qrişenko ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Biz Ermənistanın çətinliyini başa düşürük. Ümumiyyətlə biz deyirik ki, ermənilər hansı yoldan istifadə etmək istiyirlərsə etsinlər. Əgər təmir etdikləri Laçın yolundan istifadə etmək istəyirlərsə bunu edə bilərlər. Təhlükəsizlik baxımından isə gərək ora sülhməramlı qoşunlar yerləşdirilsin. Çünki bu həm Ermənistan, həm də Azərbaycan tərəfi üçün çox önəmlidir. Qarşı tərəf həmişə bu məsələni qaldırıb ki, onlar üçün ən önəmli məsələ Dağlıq Qarabağda erməni icmasının təhlükəsizliyidir”, - deyə XİN rəhbəri bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: