Bakı Dəmiryol vağzalında gediş haqqı pos-terminallarla ödənəcək
13 Fevral 2012 Bazar Ertəsi 03:56
Bu məqsədlə quraşdırılan pos-terminallar fevralın axırında istifadəyə veriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC Bakı Sərnişin Vağzalında gediş haqlarının plastik kartlarla ödənilməsi üçün pos-terminalların quraşdırılmasını davam etdirir. QSC-in mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, pos-terminalların quraşdırılmasına fevralın əvvəlindən başlanılıb. Ayın sonunadək pos-terminalların istifadəyə verilməsi nəzərdə tutulur və bundan sonra sərnişinlər onlardan yararlana biləcəklər. Pos-terminallardan istifadənin üstünlüyü insan amilinin minimuma endirilməsidir. Bununla da sərnişinlərin rahatlığının təmin olunmasında daha bir addım atılacaq.
DOSTLARINLA PAYLAŞ: