Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi qəbul olunub
11 Oktyabr 2011 Çərşənbə Axşamı 20:37
Bakı Beynəlxalq Humanitar Forumu iştirakçıları bəşəriyyətin gələcək inkişafı naminə sivilizasiyalararası dialoq üçün real mexanizmləri müəyyən etməyi vacib sayır.
Oktyabrın 10-11-də Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları yekun bəyannamə qəbul edib. Bəyannamədə Bakı Forumuna toplaşan siyasi, elm xadimləri, ziyalılar BMT, YUNESKO və digər beynəlxalq təşkilatları bu strukturlara üzv olan dövlətlərlə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırıblar.
Bəyannamədə həmçinin belə forumların gələcəkdə keçiriləcəyinə əminlik bildirilib, Bakı Beynəlxalq Humanitar Forumunun təşkilatçılarına, Azərbaycan prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.
Forumun yekunları üzrə qəbul edilmiş bəyannamədə habelə müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə çağırışlar səslənir. Sənəddə azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin əhəmiyyəti etiraf olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: