Bakı aeroportunda “Eurovision-2012” müsabiqəsinə gələn qonaqları robotlar qarşılayacaq
17 Fevral 2012 Cümə 17:18
Bu ilin may ayında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələn qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportda robotlar qarşılayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərlinin “APA-Economics”ə verdiyi məlumata görə, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda rekonstruksiya işləri aparılır: “Hazırda hava limanında kosmetik təmir işləri aparılır, terminalların və avtodayanacağın əraziləri genişləndirir”.

AZAL rəsmisi onu da qeyd edib ki, aeroportun hər iki terminalının çıxışlarında xüsusi avadanlıqlar (robotlar) quraşdırılacaq: “Robotlar ölkə paytaxtına gələn qonaqlara terminalların çıxışlarında müxtəlif məlumatlar verəcək. Məsələn, robotlar qonaqlara taksi, kafe və s. barədə məlumatlar verəcək. Sözügedən avadanlıqlar artıq alınıb və təmir işləri başa çatandan sonra quraşdırılacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar