Bakı aeroportu fəaliyyətini qismən bərpa edib
03 Fevral 2012 Cümə 10:04
Heydər Əliyev Beynəlxalq Aeroportu tədricən fəaliyyətini bərpa edir.
Hava limanından «APA-Economics»ə verilən məlumata görə, ötən günün ikinci yarısından etibarən bir sıra aviareyslər hava şəraitinin əlverişsiz olması səbəbindən təxirə salınıb: «Aeroport heç bir aviareysi nə qəbul edirdi, nə də hava limanından heç bir təyyarə havaya qalmayıb. Lakin bu gecə saat 02:05-də aeroport hələ fevralın 2-də saat 19:05-də Bakıyda enməli olan Praqadan gələn aviareysi qəbul edə bilib. Daha sonra saat 08:40-da əks istiqamətdə, Bakı-Praqa aviareysi yerinə yetirilib».
Bundan başqa, hazırda hava limanında Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə və Surquta olan aviareyslərə qeydiyyat aparılır: «Mümkün olduğu qədər sözügedən, o cümlədən təxirə salınmış aviareyslər yerinə yetiriləcək».
Buna baxmayaraq, bu gün yerinə yetirilməsi planlaşdırılan Bakı-Paris və Bakı-Milan aviareysləri, həmçinin Bakı-Gəncə və Bakı-Naxçıvan aviareysləri təxirə salınıb.
DOSTLARINLA PAYLAŞ: