Bahar Azərbaycana sabah səhər gələcək
19 Mart 2012 Bazar Ertəsi 12:14
Bu gün Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Bahar Azərbaycana sabah saat 09.14 radələrində gələcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
DOSTLARINLA PAYLAŞ: