“Azərsu” ASC “smart-kart” tipli sayğaclara keçir
30 Dekabr 2011 Cümə 11:19
Bunu ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “smart-kart” tipli sayğaclardan istifadə etməyi planlaşdırır. Bunu ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Sədrin sözlərinə görə, istifadə olunan suyun haqqının ödənilməsində nisbətən irəliləyiş nəzərə çarpsa da, bu sahədə vəziyyətin qaneedici deyil: "İstərdik sərf edilən suyun haqqının ödənilməsinin səviyyəsi yüksəlsin. Lakin biz bu sahədə o qədər də ciddi irəliləyiş əldə edə bilməmişik".

Q, Hüseynovun sözlərinə görə, hazırda bu sahədə ciddi irəliləyişə nail olmaq üçün mütəmadi işlər aparılır və “Azərsu” ASC su pulu yığımını artırmaq üçün “smart-kart” tipli sayğacların tətbiqinə hazırlaşır.

"Bununla bağlı müvafiq müqaviləmiz var. Həmin müqavilə əsasında biz 1000 ədəd bu tipli sayğac alıb pilot layihə olaraq tətbiq etmək niyyətindəyik. Sonra da nəticələri müqayisə edib tədbirlər görəcəyik”, - deyə Q.Hüseynov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar