Azərmarka Azərbaycan haqqında markalar seriyasını təqdim edib
13 Mart 2012 Çərşənbə Axşamı 16:31
Seriyaya 3 marka daxildir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti “Avropa 2012. Azərbaycana səfər” - Azərbaycan haqqında yeni markalar seriyasını təqdim edib. ANS PRESS-in Nazirliyin rəsmi saytına əsasən verdiyi məlumata görə, seriyaya 3 marka daxildir.



20 qəpik nominallı markanın üzərində Xəzər dənizi sahilində çimərlik, 60 qəpik nominallı digər marka üzərində isə dağ xizək kurortu təsvir olunub. Üçüncü marka suvenir poçt bloku şəklində hazırlanıb. Onun üzərində Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu təsvir olunub və nominal dəyəri 1 manata bərabərdir.

Markaların tirajı hər bir marka üçün 20 min ədəd və 10 min suvenir bloku təşkil edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar