“Azəriqaz” İran sobaları ilə bağlı əhaliyə xəbərdarlıq edir
09 Oktyabr 2010 Şənbə 06:45
“Sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etmək qəti qadağandır!”.
“Azəriqaz” istehsalat birliyi İran qaz sobaları ilə bağlı əhaliyə xəbərdarlıq edib. “Azəriqaz” bildirir ki, son vaxtlar respublika ərazisində İran İslam respublikasının istehsalı olan qızdırıcı sobalar satışa çıxarılıb. İstehlakçıların nəzərinə çatdırılır ki, bu və ya digər sobalara “Azəriqaz” tərəfindən heç bir sertifikat və lisenziya verilmir. Bu səlahiyyətlər yalnız Standartlaşdırma metreologiya və patent üzrə dövlət agentliyinə və Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinə aiddir. “Azəriqaz” bir daha standarta uyğun olmayan sobalara qarşı xəbərdarlıq edir: “Sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etmək qəti qadağandır!” ANSPRESS
DOSTLARINLA PAYLAŞ: