“Azəriqaz” Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib
17 Avqust 2010 Çərşənbə Axşamı 16:20
Bu gün Bakı Apellyasiya Məhkəməsində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin (İB) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddia əsasında ilkin məhkəmə baxışı keçirilib.
APA-nın xəbərinə görə, hakim Elmira Nağıyevanın sədrlik etdiyi prosesdə məhkəmə baxışının vaxtı müəyyənləşib. Məhkəmə baxışı avqustun 23-nə təyin olunub.

Qeyd edək ki, “Azəriqaz” Müdafiə Nazirliyi 17977,36 manat borcunu ödəmədiyi üçün iddia qaldırıb. Lakin 2 saylı Bakı Yerli iqtisad Məhkəməsi iddianı təmin etmədiyindən “Azəriqaz” İB apellyasiya şikayəti verib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar