Azərin yaralı əsgərlərimizlə görüşüb
13 Avqust 2014 Çərşənbə 11:41
Respublikamızın Əməkdar artisti Azərin ötən gün Ankarada müalicə olunan əsgərlərimizi ziyarət edib.
Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlərdə meydana gələn hücumlar zamanı yaralanan əsgərlərdən 3-ü müalicəsini Türkiyədə davam etdirir.

ANS PRESS-in məlumatına görə, Respublikamızın Əməkdar artisti Azərin ötən gün Ankarada müalicə olunan əsgərlərimizi ziyarət edib. Müğənni əsgərlərimizə mətin və mübariz olmağı bildirərək, onlarda ruh yüksəkliyini yaratmağa çalışıb. Azərin bu barədə sosial şəbəkədə məlumat verib.

“Müalicə üçün Azərbaycandan Türkiyəyə gətirilmiş əsgərlərimizi, qəhrəman, igid oğullarımızı ziyarət etdik. 19 yaşlı əsgərimiz Sərxan Tahirzadə mərdliyi ilə, mətanətli davranışı ilə bizi valeh etdi. Mən sadəcə bir şey deyə bilərəm: nə qədər ki, Vətənin belə oğulları var, bu Vətən, bu Torpaq, bu bayraq var olacaq.” – deyə sənətçi “Facebook”da paylaşdığı fotoşəkillərdə bildirib.

Qeyd edək ki, 19 yaşlı əsgərimiz Sərxan Tahirzadə müğənni Azərinlə danışığında ona ayağa qalxdıqdan sonra Qarabağa gedəcəyini bildirib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar