Abdullah Gülün Qarabağ haqqında dedikləri
26 Noyabr 2010 Cümə 10:50
Türkiyə prezidenti Abdulah Güll İsveçrədə keçirdiyi mətbuat konfransında belə deyib
Türkiyə prezidenti Abdullah Gül Cənubi Qafqazdakı problemlərin həlli üçün səy göstərməyin vacibliyini vurğulayıb. İsveçrədə həmkarı Doris Laytardla birgə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti bildirib ki, “Azərbaycan torpaqlarının işğal altında qalması gözlənilməz təhlükələr yarada bilər”.

O qeyd edib ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasında, habelə Gürcüstanın daxilində problemlər var və bu problemlərin həlli üçün səy göstərmək lazımdır.

“Təbii ki, kimsə bu həqiqəti görməməzliyə qoya bilməz ki, Azərbaycanın torpaqlarından bir qismi işğal altındadır. Qarabağ bəlkə mübahisəli bir ərazidir, amma bunun xaricində də Azərbaycanın torpaqlarından bir qismi işğal altındadır. Oradan bir çox məcburi köçkünlər var. Dolayısı ilə bu məsələ belə qalarsa, baxarsınız ki, sabah başqa bir təhlükəli vəziyyətlərlə qarşı-qarşıya qalmısınız. Bunlara fürsət verməmək üçün bu işlərin təhlilinə çalışmaq lazımdır”, - deyə Abdullah Gül bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar