Azərbaycanlıları gətirmək üçün Misirə gedən təyyarə Bakıya qayıdıb
31 Yanvar 2011 Bazar Ertəsi 07:15
AZAL-ın xüsusi təyyarəsi 103 nəfər Azərbaycan vətəndaşını və səfirliyinin həlak olmuş əməkdaşının meyitini gətirib.
Qahirədən Bakıya uçan Azərbaycan vətəndaşlarını gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına beynəlxalq hava limanına enib. AZAL-ın xüsusi təyyarə reysi Qahirədən 103 nəfər Azərbaycan vətəndaşını və Azərbaycanın Misirdəki səfirliyinin iğtişaşlar zamanı həlak olmuş əməkdaşı Nicat Qocayevin meyitini də gətirib.
Xarici işlər nazirini rəsmisi Elxan Poluxov deyib ki, gələnlər arasında yalnız könüllü olaraq Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları və eləcə də bu ölkədə fəaliyyət göstərən səfirliyin bir qurup əməkdaşı olıb. “Cənab səfir və bir neçə səfirlyini əməkdaşlır qalıb fəaliyyətlərin davam etdirilər. Əgər zərurət yaranarsa imkanlar var və bütün tədbirlər görüləcək”.
Geri qayıdanlar Misirdə son baş verənələrin insanların həyatları üçün təhlükə yaratdığını və bunun üçün dönmək barədə qərara verdiklərini deyiblər. Onlar həmçinin ölkədə qarət hallarının başladığını, ərzaq və şörək qıtlığı baş verdiyini deyiblər.
Qeyd edək ki, Azərbaycan hökumətinin təsis etdiyi təyyarə ilə Misirdən qayıdanlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşları da olub.
Xarici işlər nazirliyinin rəsmisi Elxan Poluxovun sözlərinə görə, Azərbaycanın Misirdəki səfirliyinin həlak olmuş əməkdaşı Nicat Qocayevin meyiti dəfn olunmaq üçün onun yaxınlarına təhvil veriləcək. “Səfirliyin əməkdaşının da cənazəsi təyyarədə gətirilib. Hazırda sənədləşdirmə aparılır. Bütün prosedurlar keçdikdən sonra cənazə qohumlarına təhvil veriləcək və torpağa tapşırılacaq”.
Xatırladaq ki, Misirdə baş verən son iğtişalar zamanı açılan atəş Azərbaycanın Misirdəki səfirlyinin bir əməkdaşının həyatına son qoyub. Prezident İlham Əliyev Misirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və təhsil alan tələbələrin evakuasiya olunmasına dair səlahiyyətli qurumlara göstəriş verib. Və həmin göstərişdən irəli gələrək AZAL həmin insanların geri qayıtması üçün xüsusi təyyarə reysini Misirin paytaxtı Qahirəyə göndərib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: