Azərbaycanlılar rus dilində bizdən daha yaxşı danışır
22 Yanvar 2010 Cümə 13:05
Bakıya səfər edən Rusiyanın mədəniyyət naziri belə deyib
"Bizim xalqlar arasında çox dərin köklərə malik münasibətlər mövcuddur. Bunun da əsas tərkib hissəsi vətəndaş cəmiyyətləri arasında möhkəm əlaqələrdir. Azərbaycanda Rusiyada olduğu kimi vətəndaş cəmiyyəti yüksələn xətlə inkişaf edir". Bunu bu gün Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda iştirak edən Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev deyib.

Onun sözlərinə görə, bu əlaqələr içərisində mədəniyyət xadimlərinin rolu xüsusilə əvəzolunmazdır. Nazir bildirib ki, Rusiya mədəniyyətinin inkişafında azərbaycanlı ziyalılar əhəmiyyətli rol oynayıb.

"Biz Rusiya olaraq Azərbaycanın təcrübəsindən hələ də yararlanırıq. İkitərəfli əlaləqərdə Azərbaycan mədəniyyətinin rolu xüsusi çəkiyə malikdir", deyə Avdeyev vurğulayıb.

Azərbaycanda rus dilinin inkişafına gəldikdə isə rusiyalı nazir deyib ki, azərbaycanlılar rus dilində ruslardan daha yaxşı danışırlar.

"Siz azərbaycanlılar arabir rus dilində bizdən də yaxşı danışırsınız. Bugünki forum da əlaqələrin möhkəmlənməsinə yardımçı olacaq", deyə Avdeyev əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar