Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti bahalaşıb
03 İyun 2011 Cümə 12:06
QMİ müqəddəs ziyarətlə əlaqədar sənəd qəbuluna başlayıb.
Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün qiymətlər bahalaşıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. O, qiymətlərin artmasının Səudiyyə Ərəbistanında otel xidmətlərinin bahalaşması ilə əlaqədar olduğunu deyib: “Müqəddəs ziyarətə avtobusla gedənlər keçən il 2500 manat ödəyirdisə, bu il 150 manat daha çox, yəni 2650 manat ödəməli olacaq. Təyyarə ilə gedənlər isə keçən ilkindən 250 manat çox, yəni 3750 manat ödəməlidir. Keçən il analoji qiymət 3500 manat idi”.
M. Payızov Həcc ziyarəti üçün QMİ-də sənəd qəbulunun başlandığını deyib. Onun sözlərinə görə, bu il ayrılmış kvotaya uyğun olaraq Azərbaycandan Həcc ziyarətinə 2000-2200 nəfər gedəcək. APA
DOSTLARINLA PAYLAŞ: