Azərbaycanlı zəvvarlar bu gündən Məkkəyə yola düşəcək
02 Noyabr 2010 Çərşənbə Axşamı 00:35
Müqəddəs ziyarətə Avtobus və təyyarə ilə ümumilikdə 2000 Azərbaycanlı gedəcək.
Bu gündən azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola salınmasına başlanılacaq. Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, bu gün və sabah avtobusdan ibarət iki karvan Azadlıq meydanından yola çıxacaq: “Ümumilikdə karvanlarda 46 avtobus olacaq. Təyyarə ilə gedənlər isə noyabrın 2,3,4 və 5-də yola düşəcəklər. Səfər hər gün bir reyslə həyata keçiriləcək”.
R.Dadaşova 2000 zəvvardan 1200 nəfərinin avtobus, 800 nəfərinin isə təyyarə ilə Həccə gedəcəyini qeyd edib. O məlumat verib ki, Azərbaycana Həcc ziyarəti üçün ayrılmış kvota tam dolub.
Qeyd edək ki, bu il Qurban bayramı noyabrın 16-17-də qeyd ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: