Azərbaycanlı yanğınsöndürənlər Ryazan vilayətini tərk edib
16 Avqust 2010 Bazar Ertəsi 23:10
Xilasedicilərimiz vilayətin qubernatoru tərəfindən mükafatlandırılıblar.
Rusiyanın yanğından ən çox əziyyət çəkən vilayətlərindən biri Ryazanda yanğının söndürülməsində yaxından iştirak edən azərbaycanlı yanğınsöndürənlər Ryazan vilayətini bu gün tərk edərək, Ramesnk rayonuna yola düşüblər. Ryazanı tərk etməmişdən əvvəl isə onlar yanğının söndürülməsində əvəzsiz rol oynadıqlarına görə Ryazan vilayətinin qubernatoru Oleq Kavalyov tərəfindən mükafatlandırılıblar. “Azərbaycan və Türkiyənin yanğınsöndürmə qrupları bizi tərk edir. Sabah onlar artıq Ravensk rayonunda olacaqlar. Orada baş nazir onlar qarşısında çıxış edəcək və onları Rusiya Federasiyası adından göstərilən köməyə görə təbrik edəcək. Biz görülən işi yüksək qiymətləndirirk. Onlar təbii ki, çox kömək etdilər. Hava şəraiti yaxşı olanda praktiki olaraq hər vertolyot yanğın ərazisinə 60 dəfə su boşaldırdı”,-deyə Ryazan vilayətinin Fövqəladə Hallar Komissiyasının sədri Oleq Nikiforov söyləyib.

“Şərait çox ağır idi. Buna baxmayaraq, biz təhlükəsizlik qaydalarına riayət edərək biz imkan daxilində işimizlə məşğul olmağa, yanğını söndürməyə çalışdıq”,-deyə Azərbaycan FHN-nin Aviasiya qrupunun rəhbəri Əşrəf Qasımov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar