Bu ölkədə təhsil alan Anar Muradov Kommersiya və Biznes Palatasında mükafata layiq görülüb.
Azərbaycanın xaricdə tanınması uğurlu şəkildə davam edir. Belə ki, Cənubi Koreyanın Dequ şəhərində təhsil alan azərbaycanlı tələbə, ölkəmizin tanınması istiqamətində fəal gənclərdən biri olan Anar Muradov Dequ şəhərinin Meriyası tərəfindən “Letter of Commission” (Etimadnamə) mükafatına layiq görülüb və Dequ şəhəri Kommersiya və Biznes Palatasında (Daegu Chamber of Commerce & Industry) Beynəlxalq Ticarət Müşavirliyinə (International Trade Monitor of Daegu Metropolitan City Government) üzv seçilib.
Bu münasibətlə, Kommersiya və Sənaye Palatasında tədbir keçirilib və şəhər meri Kim Bumil azərbaycanlı tələbə Anar Muradova qurumun üzvlüyünə olan "Etimadnamə"ni təqdim edib.
Bununla da, azərbaycanlı tələbə Dequ şəhəri Kommersiya və Biznes Palatasında Beynəlxalq Ticarət Müşavirliyinə (Member of International Trade Monitor of Daegu Metropolitan City Government) üzv seçilib.