Azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur
03 Avqust 2012 Cümə 19:51
Bu açıqlamanı APA-nın Moskva müxbirinə İran İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullaxiyan verib.
Bu açıqlamanı APA-nın Moskva müxbirinə İran İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullaxiyan verib. Onun sözlərinə görə, İran Azərbaycanı ən yaxın qonşusu hesab edir: “Bəli, bir neçə məsələlərdə fikir ayrılıqları mövcuddur. Lakin bütün bunlara baxmayaraq İran Azərbaycanı özünə yaxın qonşu hesab etdiyindən və ümumi tariximiz olduğundan Azərbaycanla münasibətlərin möhkəmlənməsini hər zaman dəstəkləyirik”.

Nazir müavini İranda həbs olunan azərbaycanlı şairlərin taleyi, Azərbaycan Xarici İşlər Nazirlyinin bununla bağlı notalarının cavadsız qalması ilə bağlı suallardan yayınıb: “İranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur. Məsələnin detalları barədə heç nə bilmirəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar