Azərbaycanlı millət vəkilləri Rauf Denktaşın dəfninə getdilər.
17 Yanvar 2012 Çərşənbə Axşamı 02:01
Gülər Əhmədova: “Bu itki bütün Türk dünyası üçün üzücüdür”
Ötən axşam millət vəkilləri Gülər Əhmədova, Əliağa Hüseynov və Mirkazım Kazımov Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimlərində iştirak etmək üçün paytaxt Lefkoşa şəhərinə yola düşüblər. Yanvarın Lefkoşada təşkil olunacaq dəfn mərasimlərində dünyanın tanınmış dövlət və hökumət nümayəndələri, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələri iştirak edəcəklər.

Dəfn mərasimlərində rəsmən Azərbaycan Parlamentini təmsil edəcək azərbaycanlı millət vəkilləri ŞKTC rəhbərliyinə, Rauf Denktaşın yaxınlarına, ailə üzvlərinə və Şimali Kipr xalqına başsağlığı verəcəklər. Azərbaycanlı deputat qrupuna rəhbərlik edən millət vəkili Gülər Əhmədovanın səfər öncəsi bildirib ki, Türk dünyasının böyük oğlu, Türk Müqavimət Təşkilatının qurucularından olan Rauf Denktaşı sayğı ilə anır. Onun sözlərinə görə, bu itki bütün Türk dünyası üçün üzücüdür: “Mən Rauf Denktaşla şəxsən tanış idim. Onunla bir-neçə dəfə görüşümüz olmuşdu. İki ay bundan əvvəl Şimali Kiprdə təşkil olunan beynəlxalq konfransda da məhz Rauf Denktaşın Türk Müqavimət Təşkilatının yaradılmasındakı rolu barədə məruzə ilə çıxış etdim və bu böyük şəxsiyyətə olan münasibətimi, sevgi və rəğbətimi çatdırdım. Düşünürəm ki, Rauf Denktaş Şimali Kipr xalqı üçün çox böyük işlər gördü. İnanıram ki, hələ onilliklər boyu Şimali Kipr xalqı onun əməllərini unutmayacaq və bu əziz insanın xatirəsini əbədi olaraq qəlblərində yaşadacaqlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar