Azərbaycanlı memar Türkiyədə “Bozqurd” abidəsi ucaldacaq
01 Sentyabr 2010 Çərşənbə 04:10
Layihəsi MHP sədri Dövlət Baxçalıya aid olan abidənin adı “Şəhid Ülküçülər” olacaq.
Türkiyənin siyasi partiyalarından olan MHP (Millətçi Hərəkat Partiyası) qurd başının rəmzi olan “Bozqurd” işarəsini abidələşdirəcək. Layihəsi MHP sədri Dövlət Baxçalıya aid olan abidənin adı “Şəhid Ülküçülər” olacaq. Tikilməsi paytaxt Ankarada planlaşdırılan abidənin memarı isə azərbaycanlı professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasidir.

Qeyd edək ki, abidə arxa-arxaya vermiş qurd başlı 3 əldən ibarətdir. Qurd başlarının 3 olmasının səbəbi isə MHP bayrağında olan 3 ayparanı təmsil etməsidir. Abidənin girişində yol, yolun başında isə səkkiz guşəli ulduz olacaq. 3 qurd başının ortasında isə Türkiyə bayrağı ucalacaq.

Xatırladaq ki, professor Cəfər Qiyasi İqdir şəhərindəki erməni soyqırımı muzeyinin də müəllifidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar