Azərbaycanlı leytenant Gülhanə Hərbi Tibb Akademiyasının ikincisi olub
30 Avqust 2012 Cümə Axşamı 11:06
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının 32-ci buraxılış mərasimi keçirilib.
 APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı leytenant Hikmət Sərhətov akademiyanı böyük uğurla – ali məktəb ikincisi olmaqla bitirib. Ona akademiyanın diplomunu bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Orta təhsilini Azərbaycanda almış H. Sərhətov 10 uşaqlı ailənin səkkizinci övladıdır.

Qeyd edək ki, akademiyanın bu il üçün birincisi türkiyəli Ömər Kuzu olub. Ona diplomu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək təqdim edib. Prezident Abdulla Gül səhhətindəki problemlə əlaqədar mərasimə qatılmayıb. Tədbirdə Türkiyə Ordusunun rəhbərliyi də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar