Azərbaycanlı hərbiçilərin meyitlərinin ekspertizası bir gün davam edəcək
06 Noyabr 2010 Şənbə 23:10
Bundan sonra meyitlər dəfn olunmaq üçün ailələrinə veriləcək.
Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərinin ekspertizası bir gün davam edəcək. Bundan sonra meyitlər dəfn olunmaq üçün ailələrinə veriləcəklər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun sözlərinə görə, həm Mübariz, həm də Fərid qəhrəmancasına döyüşdə həlak olublar.

“Bizə daxil olan məlumatlara görə, Fərid də Azərbaycan xalqının qəhrəman övladlarından biridir və Mübarizin başına gələnlər ona olduqca pis təsir edib. O da Milli Qəhrəmanımızın meyitinin qaytarılması arzusunda idi. Eşitdiyimizə görə, o bu arzu ilə yaşayırdı. "Mən gedib onun meyitini gətirəcəm". Belə bir fikir ifadə etmişdi. O, həqiqətən də, getdi və onun meyitini gətirdi, lakin özü ilə birgə”,- deyə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Şahin Sayılovun sözlərinə görə, Azərbaycan tərəfi həm Qazax istiqamətində, həm də Ağdamda erməni tərəfinə təhvil verdiyi Ermənistan vətəndaşları ilə birlikdə, onların şəxsiyyətini təsdiqləyən bütün hüquqi sənədləri, Hərbi Prokurorluğun rəyini, onun ölümünü təsdiqləyən tibbi arayışı qarşı tərəfə verib. Əsirlərin və meyitlərin dəyişdirilməsi prosesi gələcəkdə davam edəcəyinə görə hər iki tərəf bu qaydaları gözləməlidir: “Hələ hər iki tərəfdə qaytarılası şəxslər var və bu məqama Ermənistan tərəfi, Qarabağdakı komisiyanın üzvləri, həm də Ermənistan da bu normalara riayət etsələr, biz məmun qalardıq. Biz Qazaxda qaytardığımız erməni vətəndaşımızın meyitini bütün qanunlar və normativlər, xristian adət-ənənələrinə uyğun olaraq hazırlanıb qaytardığımıza görə bu gün də erməni tərəfi də Dağlıq Qarabağa qaytardığımız meyitlərə hörmətlə yanaşıb və işi yüksək səviyyədə yerinə yetirib”.


Qeyd edək ki, hazırda Azərbaycanda 11 Ermənistan vətəndaşı var. Onlardan 6-si hərbçi, 5 isə Ermənistandan Azərbaycana keçən erməni ailəsidir. Şahin Sayılovun sözlərinə görə, Azərbaycanda saxlanılan ermənilər bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ilə görüşüb və onlara Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər .

Azərbaycan Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib ki, Azərbaycanda olan 11 nəfər üçüncü ölkəyə getmək arzusu ilə buraya gəlib: “Sırağagünkü danışıqlarda onlar getmək istəmədiklərini, Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər. Lakin onlar sabah fikirlərini dəyişib öz Vətənlərinə qayıtmaq istəsələr, Azərbaycan tərəfi onları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə Ermənistana qaytaracaq. Bu onların prinsipial mövqeyidir. Ona görə də biz onları zorla qaytara bilmərik. Nə vaxt getmək istəsələr biz mane görmürük”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar əlaqədar Dövlət Komisiyasının katibi
Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 4 min 90 vətəndaşının itkini düşdüyünü də xatırladıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar