Azərbaycanlı girov Ermənistanda televiziyaya çıxarıldı
19 Yanvar 2010 Çərşənbə Axşamı 00:45
Vətənə qayıtmaq istəmədiyini deyən Eldar Tağıyev Azərbaycandakı sosial vəziyyətdən şikayətlənib.
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı Eldar Tağıyev Ermənistanın ictiai televiziyasına müsahibə verib. O bildirib ki, Azərbaycana qayıtmaq niyyətində deyil. Girov deyib ki, əgər Ermənistan hökuməti onu saxlamağa razılıq verməsə, üçüncü ölkəyə də köçə bilər: “Mən ailəmə çatdırmaq istəyirəm ki, geri qayıtmayacağam”.
Azərbaycan vətəndaşı bildirib ki, erməni jürnalistlərlə görüşməyi və ölkəsizini tərk etməsinin səbəblərinə aydınlıq gətirməyi özü istəyib. Onun sözlərinə görə, sosial yardım almadığı, işsiz qaldığı Azərbaycanda yaşaya bilməz: “Mən acından ölməməliyəm axı”.
Eldar Tağyev bildirib ki, onun yaşadığı Tovuzun Əlibəyli kəndinə əvvəllər su Ermənistan tərəfdən verilirmiş. Lakin müharibə başladıqdan sonra su gəlmir. Jurnalistlərin suallarına cavab verən azərbaycanlı girov deyib ki, əvvəllər toyuq və kartof satmaqla pul qazanırmış və təsadüfi qazancın ümidinə qalıbmış.
Xatırladaq ki, Tovuz rayonunun Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də girov götürülüb. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, hazırda o, Ermənistan ərazisində saxlanılır. Dövlət Komissiyasının İşçi qrupu Eldar Tağıyevin azad olunması və Vətənə qaytarılması istiqamətində müvafiq beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirləri davam etdirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: