Azərbaycanlı döyüşçülərin abidəsini dağıdan erməni 3 il iş aldı
13 İyul 2010 Çərşənbə Axşamı 13:40
Eduard Arakelyan məhkəmə prosesində azərbaycanlılardan üzr istəyib.
Ukraynanın Sevastopol şəhərində Krımın alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlılardan ibarət 77-ci diviziyanın əsgərlərinin şərəfinə ucaldılmış memorialı qismən dağıtmış Eduard Arakelyan və Andrey Qanin adlı şəxslərin işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Bu barədə APA-ya Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, Sevastopolun Balaklav rayon Məhkəməsində keçirilən prosesdə prokuror müttəhimlərin hər birinə 4 il cəza istəyib. Qanunvericilik bu tipli cinayətlər törədənlərə maksimum 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmənin qərarı ilə E. Arakelyan və A. Qanin 3 il azadlıqdan məhrum ediliblər. E. Arakelyan məhkəmə prosesində azərbaycanlılardan üzr istəyərək öz əməlindən utandığını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar