Azərbaycanlı diplomatın İranda saxlanılan şairlərimizlə görüşünə icazə verilib
23 İyul 2012 Bazar Ertəsi 13:19
Hazırda görüşün tarixi və digər detalları İran tərəfi ilə razılaşdırılır.
Azərbaycanın Tehrandakı səfirliyi ilə İran tərəfi arasında aparılan danışıqlar nəticəsində Azərbaycanın diplomatik nümayəndəsinin bu ölkədə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşü barədə razılaşma əldə olunub.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırda görüşün tarixi və digər detalları İran tərəfi ilə razılaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar