Azərbaycanlı deputat Qazaxıstandakı seçkiləri izləyir
15 Yanvar 2012 Bazar 16:53
Qazaxıstan parlamenti Məclisinə keçirilən seçkilərdə müşahidəçilər arasında Milli Məclisinin üzvü Rüfət Quliyev də var.
Qazaxıstan parlamenti Məclisinə keçirilən seçkiləri MDB müşahidəçilər missiyasının tərkibində Azərbaycan, Belarus, Rusiya, Ukrayna, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistandan olan müşahidəçilər izləyirlər. Onların arasında Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev də var.
Müşahidəçilər artıq Almatıdakı bir neçə seçki məntəqələrində olublar. Onlar bildiriblər ki, seçki prosesi demokratik şəraitdə və şəffaf keçir, bunun üçün isə hər cür şərait yaradılıb.
Almatının akimi Axmetjan Esimovun müşahidəçilərlə görüşündə deyib ki, şəhərdə 472 seçki məntəqəsi yaradılıb, 960 min seçicinin adı siyahılara salınıb.
DOSTLARINLA PAYLAŞ: