Azərbaycanla Türkiyə təbii qazın qiyməti məsələsində razılığa gəlib
06 Fevral 2010 Şənbə 13:50
Türkiyə ilə Azərbaycan təbii qazın qiyməti məsələsində razılıq əldə edib.
Məlumata görə, Türkiyənin enerji naziri Taner Yıldız dünən İranın xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşdən sonra bəyan edib ki, təbii qazın qiyməti ilə bağlı Azərbaycanla aparılan müzakirələrdə hər iki tərəfi qane edən razılaşma əldə olunub, amma hələlik bu barədə rəsmi anlaşma olmayıb. Bu açıqlama ətrafında müzakirələr aparan jurnalistlər yeni qiyməti müəyyənləşdirə biliblər.
Beləliklə, Türkiyə ildə 6 mlrd. kubmetr qaz aldığı Azərbaycana 2010-cu ildə 720 mln. dollar deyil, 1,8 mlrd. dollar ödəyəcək. Bu isə o deməkdir ki, Azərbaycan qazının 1 min kubmetri Türkiyəyə 300 dollara başa gələcək. Bundan başqa, Türkiyənin Azərbaycandan 1 min kubmetri 120 dollara qaz aldığı dövrdəki («Şahdəniz» layihəsinin I fazası çərçivəsində hasil edilən təbii qaz Türkiyəyə məhz bu qiymətə satılıb) qiymət fərqini aradan qaldırmaq məqsədilə ödənəcək vəsait (borc) 1,7 mlrd. dollar həcmində razılaşdırılıb. APA
DOSTLARINLA PAYLAŞ: