Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olunur
25 Dekabr 2009 Cümə 11:50
Bu gün Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinə dair protokol imzalanacaq.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Heydər Əliyevin Ankaranın Batıkənt səmtindəki büstünə əklil qoyduqdan və Atatürkün mavzoleyini ziyarət etdikdən sonra həmkarı Əhməd Davudoğlu ilə görüşəcək. Görüşdən sonra iki ölkə arasında vizaların qarşılıqlı ləğvi haqqında protokol imzalanacaq. Diplomatik mənbələrdən bildiriblər ki, səyahət məqsədilə Türkiyəyə gedən Azərbaycan vətəndaşları bu ölkədə vizasız 3 ay qala biləcəklər. Hazırda isə bu müddət 1 aydır. APA
DOSTLARINLA PAYLAŞ: