Azərbaycanla İsrail arasında viza rejimi ləğv oluna bilər
09 Fevral 2010 Çərşənbə Axşamı 17:55
Azərbaycanla İsrail arasında viza rejimi ləğv oluna bilər. Belə bir təşəbbüslə Bakıda səfərdə olan İsrail XİN başçısı çıxış edib.
Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan İsrail xarici işlər naziri Aviqdor Libermanı qəbul edib. Görüşdə qlobal mövzular, həmçinin Yaxış Şərq siyasəti ilə bağlı aktual məsələlər müzakirə olunub.

A.Liberman görüşdə bildirib ki, fələstinlilərlə birbaşa sülh danışıqlarının tezliklə bərpasına ümid edir. Bakıya Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın gələcəyini deyən diplomat Azərbaycan prezidentindən Fələstin liderini İsraillə sülh danışıqlarını bərpa etməyə çağırmağı xahiş edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdən sonra Liberman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdə tibb, energetika və təhlükəsizlik sahələrində əməkdaşlıq, həmçinin ikiqat vergitutma haqqında müqavilənin imzalanması məsələləri müzakirə edilib.

Görüş zamanı Azərbaycan tərəfinin Aşkelon və Xaderedə su təmizləyici qurğulara baxış keçirmək üçün İsrailə nümayəndə heyəti göndərmək istəyi səslənib.

Liberman isə ikitərəli viza rejiminin ləğvini təklif edib. Bu məsələ ilə bağlı iki ölkə diplomatları arasında müzakirələr davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar