Azərbaycanla Aİ arasında danışıqlar başlayır
15 İyul 2010 Cümə Axşamı 19:20
Danışıqlarda Assosiasiya Sazişi müzakirə olunacaq.
Sabah Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişi üzrə danışıqların başlanılmasına dair tədbirin keçirilməsi planlaşdırılır. XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirin açılışında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxış edəcək.
Tədbirin nəticələrinə həsr edilmiş mətbuat konfransını Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa İttifaqının danışıq qrupunun rəhbəri Cohn Krayer aparacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: