Azərbaycanla ABŞ arasında protokol imzalanıb
29 Dekabr 2011 Cümə Axşamı 18:26
Protokol "Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında saziş”ə dəyişiklikləri nəzərdə tutur.
Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Metyu Brayza ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı tərəflər arasında “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”ə dəyişikliklər edilməsi barədə Protokol imzalanıb.

Nazir müavini Xələf Xələfov ABŞ diplomatına gələcək fəaliyyətində uğurlar arzulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar