Azərbaycanın yeni səfiri etimadnaməsini Gürcüstan Prezidentinə təqdim edib
25 İyun 2011 Şənbə 01:46
Görüşdə Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Gürcüstanda yeni təyin olunmuş səfiri Azər Hüseyn etimadnaməsini Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təqdim edib. Sonra Prezident Mixail Saakaşvili səfirlə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb, Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və tərəfdaşlığa əsaslandığı bildirilib. Gürcüstan dövlətinin başçısı səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, səfirə fəaliyyətində uğurlar arzulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar