Azərbaycanın torpaqları qaytarılmalıdır
03 Aprel 2009 Cümə 00:00
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza aprelin 2-də Bakıya gəlib. APA-nın məlumatına görə, M. Brayza səfər zamanı ötən həftə Bakıda başladığı diskussiyanı davam etdirəcəyini bildirib:
“Ötən həftə mən Azərbaycan səfər edərək xarici işlər naziri Elmar Məmmədyarov və onun müavini Araz Əzimovla görüşdüm. Mən artıq qeyd etmişəm ki, Araz Əzimov Azərbaycanın milli sərvətidir və bu həqiqətən də belədir. Biz ötən dəfə Araz Əzimovla müxtəlif aspektlərlə bağlı uzun söhbət etdik, Elmar Məmmədyarovla da geniş dialoqumuz oldu. Lakin prezident İlham Əliyevlə görüşə bilmədim. Mən son səfərim zamanı apardığım müzakirələri götür-qoy etdim, bundan başqa, Administrasiyada məsləhətləşmələr apardım, həmsədrlərlə danışdım və diskussiyaları davam etmək üçün təkrar Bakıya gəldim”.

M. Brayza səfər çərçivəsində sabah Azərbaycan Xarici İşlər Nazirliyində görüş keçirəcəyini və prezident İlham Əliyevin qəbulunda olacağını bildirib: “Görüşlərdə tərəflər arasında baza prinsiplərinə dair dialoqun davam etdirilməsi məsələsi müzakirə olunacaq”.

Amerikalı həmsədr fransalı həmkarı Bernar Fasienin də yaxın günlərdə Bakıya gələcəyini deyib, bununla yanaşı, hər üç həmsədrin yaxın həftələr ərzində regiona səfərinin mümkünlüyünü diqqətə çatdırıb.

APA-nın “Danışıqlar zamanı Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı müzakirələr aparılırmı? Sizin statusun müəyyənləşdirilməsinə dair Dağlıq Qarabağda referendum keçirilməsinə münasibətiniz necədir, xüsusən o baxımdan ki, referendumun yalnız Dağlıq Qarabağda keçirilməsi Azərbaycan Konstitusiyasına ziddir” sualının cavabında M. Brayza bunları deyib: “3 il yarım ərzində biz çoxlu sayda təkliflər müzakirə etmişik. Bu təkliflərin hamısı bəlli baza prinsipləri ətrafında irəli sürülüb. Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanın torpaqları qaytarılmalıdır, insanların öz evlərinə qayıtmaq, öz siyasi statuslarını və hansı ölkədə yaşamaq istədiklərini müəyyənləşdirmək hüququ olmalıdır. Baza konsepsiyaları
sülh və təhlükəsizlik şərtləri altında həyata keçməlidir. Bu parametrlərdə müxtəlif variasiya və ideyalar müzakirə olunub. İnsanların harada yaşamaq imkanı olmalıdır. Əgər səsvermə olacaqsa, insanlar iradələrini sərbəst ifadə etmək imkanına malik olmalıdırlar. Səsvermənin müxtəlif variantlarından istifadə etmək olar, bu vacib deyil. Biz Azərbaycan Konstitusiyasında referendumla bağlı nə yazıldığını bilir və qəbul edirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar