Azərbaycanın Təbrizdəki baş konsulluğunun qarşısında etiraz aksiyası keçirilib
06 Oktyabr 2011 Cümə Axşamı 11:16
Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib.
APA-nın məlumatına görə, ötən gün keçirilən aksiyaya Təbrizin orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin tələbələri, müəllimlər cəlb olunub. Aksiya iştirakçıları Azərbaycan İslam Partiyasının (AİP) rəhbərlərinin həbsinə, orta təhsil müəssisələrində qadınların baş örtüyü taxmasına qadağa qoyulmasına etiraz ediblər.
Aksiyanın qətnaməsində bildirilib ki, Təbriz əhalisi həmişə Azərbaycan Respublikasında islam dəyərlərini dirçəltmək yolunda olan bacı qardaşlarının yanındadır. APA
DOSTLARINLA PAYLAŞ: