Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşları İranda həbsdə olan azərbaycanlı şairlərlə gör
27 İyul 2012 Cümə 12:00
Soydaşlarımız onlara qarşı İrana icazəsiz gəlmə ilə bağlı ittiham irəli sürüldüyünü deyib. Sabah valideynlərinin Şəhriyar Hacızadə və Fərid Hüseynlə görüşü nəzərdə tutulur.
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşları İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşüblər. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Görüş Təbrizdəki Mərkəzi Cəzaçəkmə Müəssisəsində baş tutub: «Bizdə olan məlumata görə onlara qarşı ittiham kimi İrana icazəsiz gəlmələri irəli sürülüb. Azərbaycan vətəndaşları isə konsulluğun işçilərinə bildiriblər ki, onlar İranda festivala dəvət olunublar və həmin festivalda iştirak üçün gəliblər».
Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları İrana vizasız səfər edə bilərlər.
E. Abdullayev onu da bildirib ki, baş konsulluq tərəfindən İranda saxlanılan Azərbaycan vətəndaşlarına hüquqi dəstəyin göstərilməsi nəzərdə tutulur: «Mərkəzi Cəzaçəkmə Müəssisəsi Fərid Hüseyn və Şəhriyar Hacızadənin daimi saxlanıldığı yer deyil. Onlar bildiriblər ki, əvvəlcə 20 gün ayrılıqda, sonra isə bir yerdə saxlayıblar».
E. Abdullayev əlavə edib ki, Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideynləri ilə görüşü İran tərəfi ilə razılaşdırılıb. Bu gün onların valideynləri İrana yola düşürlər: «Ehtimal olunur ki, sabah bu görüş baş tuta bilər».
DOSTLARINLA PAYLAŞ: