Azərbaycanın sürüşmə zonalarının xəritəsi hazırlanacaq
10 Yanvar 2012 Çərşənbə Axşamı 11:58
Bu barədə Geologiya İnstitutunun direktoru Akif Əlizadə məlumat verib.
Azərbaycanın sürüşmə zonalarının xəritəsi hazırlanacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutda 2011-ci ilin yekunlarına həsr olunan konfransda bildirib. A. Əlizadə Azərbaycanın sürüşməyə meylli ərazilərinin adlarını da açıqlayıb. Onun sözlərinə görə, bu ərazilər Bakı-Abşeron, Mingəçevir, Lənkəran-Talış zonası, Böyük Qafqazın cənub yamacıdır.

İnstitut direktoru deyib ki, bunlar Azərbaycanın geoloji baxımdan zəif nöqtələrdir və bu nöqtələrin hər birinin sürüşmə xəritələrinin hazırlanması çox vacibdir: “Sürüşmələr daha çox geoloji mühitdən asılı olaraq yaranır. Yağış suları, insan faktoru, texnogen amillər də buna təsir edir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar