Azərbaycanın Strateji Müdafiə İcmalı ilin sonunadək hazır olacaq
17 Avqust 2010 Çərşənbə Axşamı 14:55
Azərbaycanın Strateji Müdafiə İcmalı bu ilin dekabrında hazır olacaq. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Starteji Müdafiə İcmalının mətninin hazırlanmasında hərbi qurumların, güc strukturlarının nümayəndələri ilə yanaşı, dövlətin iqtisadi strukturlarının ekspertləri də iştirak edib. Mənbənin məlumatına görə, sənəd mövcud təhlükəsizlik mühitini, Silahlı Qüvvələr və təhlükəsizlik mühiti ilə bağlı görüşləri, keçilmiş yola baxışı, inkişafın istiqamətlərini, geniş sektoru əhatə edir. Sənədin cari ilin sonlarında təsdiq olunması nəzərdə tutulur. Strateji Müdafiə İcmalının hazırlanmasına 2008-ci ilin ortalarında başlanıb. İlk layihədə müəyyən çatışmazlıqların olması səbəbindən yaradılmış İşçi komissiya sənədi yenidən işləməli olub.
Qeyd edək ki, Strateji Müdafiə İcmalının layihəsi ABŞ-ın Avropa Komandanlığının, Türkiyənin və NATO-nun məsləhətçi ekspertlərinin iştirakı ilə hazırlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: