Azərbaycanın müdafiə sənayesi naziri Türkiyəyə gedib
09 May 2011 Bazar Ertəsi 12:24
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camlov Türkiyənin Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün bu ölkəyə səfər edib.
Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə yanaşı, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də qatıldığı sərgi mayın 10-da başlayacaq və dörd gün davam edəcək.
Sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal edilən 89 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: