Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Rusiyada işgüzar səfərdədir
08 Dekabr 2011 Cümə Axşamı 15:44
Səfər Əbiyev Anatoli Serdyukovla Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsini də müzakirə edib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Rusiyada işgüzar səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səfər Əbiyev rusiyalı həmkarı Anatoli Serdyukovla görüşüb. Görüşdə Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən Qəbələ Radiolokasiya Stansiyasının icarə şərtləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin davamı olaraq yaxın günlərdə Qəbələ RLS-lə bağlı Rusiya tərəfinin yaratdığı komissiyanın Azərbaycana səfəri planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar