Azərbaycanın Litvadakı səfiri Vilnüs meri ilə görüşüb
19 Aprel 2012 Cümə Axşamı 17:18
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Vilnüs şəhərinin meri Arturas Zuokas ilə görüşüb.
Səfirlikdən APA-ya verilən xəbərə görə, Vilnüs meri 20 il əvvəl jurnalist fəaliyyəti ilə bağlı Azərbaycanın bir çox rayonlarında, xüsusilə də döyüş bölgələrində olduğunu yaxşı xatırladığını deyib.  H. Məmmədzadə A. Zuokasa onun istəyi ilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalıya həsr olunmuş filmin çəkilişi üçün A. Zuokasın şəxsi arxivindən verilən dəyərli video və foto materiallara görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan və Litvanın öndə gələn gənclər təşkilatları arasında əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, həmçinin birgə yay düşərgələrinin təşkili barədə fikir mübadiləsi aparılıb. Bununla bağlı yaxın zamanda ortaq layihə ilə çıxış etmək barədə razılığa gəlinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar